"Azərbaycan xalqı çox gözəl, multikultural xalqdır

"Azərbaycan xalqı çox gözəl, multikultural xalqdır

10 Fevral 2019 07:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan xalqı çox gözəl, multikultural xalqdır. Onlar hətta, əsirlərə də çox yaxşı münasibət bəsləyirlər". Bu sözləri 1945-50-ci illərdə Mingəçevirdə olan bir alman əsir öz gündəliyində qeyd edib. Gündəliyi isə 1998-ci ildə yenidən Azərbaycana gələrək Mingəçevir tarix muzeyinə təhvil verib. Bu gündəlik hazırda xarici turistlərin ən çox maraq göstərdikləri eksponatlar sırasındadır.

Azərbaycan xalqının multikulturallığını alman əsir öz gündəliyində qeyd etdi.

Mingəçevir Tarix Muzeyində 16 min eksponat var, amma onlar arasında ən diqqət çəkəni alman əsirin 108 vərəqli gündəliyidir. 21 il öncə muzeyə təqdim edilən əlyazma alman vətəndaşı Villi Deşşə məxsusdur. O, 1945-50-ci illərdə alman əsirlərin Mingəçevirdə məşğuliyyəti, həyat tərzi və onlara olan münasibəti qələmə alıb.

48 il sonra isə 5 əsir yoldaşı ilə Azərbaycana qayıdan Villi Deşş ölən əsir yoldaşlarının qəbrini ziyarət etmək və şəhəri yenidən görmək üçün Mingəçevirə gəlib. Xatirələrini yazdığı gündəliyi də Tarix muzeyinə təqdim edib.

Muzeyin direktoru Villi Deşşin yazdığı gündəlikdə bir sıra diqqət çəkən məqamların olduğunu bildirir. Xarici turistlərin maraqla vərəqlədiyi əlyazma alman vətəndaşlarının göz yaşlarına da səbəb olub.

Mingəçevir Tarix muzeyinə daxil olan həm yerli, həm də xarici turistlər Villi Deşşin yazdığı gündəlik haqqında məlumatı orada quraşdırlan monitorda da izləyə bilirlər.

Bu maraqlı eksopnatın 4 dilə tərcümə edilməsi planlaşdırılır. Nofər Məmmədəliyev bununla bağlı aidiyyəti qurumlara məktubla müraciət edib.