Akademik Yaqub Mahmudov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Akademik Yaqub Mahmudov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

9 Fevral 2019 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2019-cu il.