Zəlzələ nəticəsində 5 məktəbdə çatlar əmələ gəlib

Zəlzələ nəticəsində 5 məktəbdə çatlar əmələ gəlib

6 Fevral 2019 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, zəlzələ nəticəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 1-ci korpusunun 2-ci və 3-cü mərtəbələri arasındakı panel tavanının suvağı yerə tökülüb. İki korpusdan ibarət məktəbin şagirdləri isə digər 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar əmələ gəlib.

Hazırda Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirirlər.

Məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir.