Monitorinq aparmaq üçün İşçi Qrup yaradılıb

Monitorinq aparmaq üçün İşçi Qrup yaradılıb

6 Fevral 2019 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, monitorinq və müşahidələr aparmaq üçün İşçi Qrup sözügedən rayonlara ezam olunub.