
"Eurovision-2012" Azərbaycan seçiminin finalçıları bu gün məlum olacaq
Azərbaycanın "Eurovision-2012" təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçim turunun yarımfinal mərhələsi bu gün başa çatır. 8 iştirakçı saat 21.00-da İctimai Televiziyanın canlı efirində son performanslarını nümayiş etdirəcək.
Final uğrunda Orxan Kərimli, Məryəm Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılova mübarizə aparırlar. 8 yarımfinalçıdan yalnız 5 nəfərin finala keçmək şansı var. Seçimlər izləyicilərin SMS səsverməsi və münsiflər heyətinin rəyi əsasında aparılır.
O.M.
Digər xəbərlər