Rusiyada avtobusun aşması nəticəsində 20 uşaq yaralanıb

Rusiyada avtobusun aşması nəticəsində 20 uşaq yaralanıb

3 Fevral 2019 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Kaluqa vilayətində avtobusun aşması nəticəsində 20 uşaq yaralanıb.

Rusiya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Baş İdarəsinin məlumatına görə, fevralın 3-də Kaluqa-Vyazma yolunda avtobus yol kənarına aşıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, 20 uşaq xəsarət alıb. Avtobusda olan 47 sərnişindən 31-nin idman yarışına gedən uşaqlar olduğu bildirilir.(azərtac)