İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər

1 Fevral 2019 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Sabir və Umud Şirinov qardaşları ilə görüşüblər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Dövlətimizin başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları "İgidliyə görə" medalı ilə təltif etdi.