
Yunanıstan ötən il 33 milyon turist qəbul edib
Yunanıstanın turizm naziri Elena Kuntura "Alpha Tv" televiziya kanalına müsahibəsində bildirib ki, 2018-ci ildə ölkə rekord sayda, 33 milyon turist qəbul edib və tarixi rekorda imza atıb.
Turizm sahəsi Yunanıstana 2018-ci ildə 16 milyard avro gəlir gətirib.
Turizmin Yunanıstanın iqtisadiyyatına müsbət təsirindən danışan nazir, bu sahənin istehsalatın, ticarətin və tikintinin inkişafında əhəmiyyətini vurğulayıb. Nazirliyin turizm strategiyasından danışan Elena Kuntura 2019-cu ildə Brexit baş tutarsa bəzi çətinliklərin olacağı barədə məlumat verib. Xüsusilə ucuz hava uçuşlarının azalması nəticəsində ingilis turistlərin azalması və digər problemlərin baş tutacağı mümkünlüyünü qeyd edib. Bunun üçün nazirliyinin britaniyalı və digər Avropa turizm sənayesinin operatorları ilə görüşlərin tezliklə baş verəcəyini planlaşdırdıqlarını söyləyib. Azərtac