Niaqara şəlaləsi güclü şaxta səbəbindən donub

Niaqara şəlaləsi güclü şaxta səbəbindən donub

23 Yanvar 2019 06:33
Bəyəndim (0) Bəyənmədim (0)

Niaqara şəlaləsi ABŞ-ın şimal-şərqindəki güclü şaxtalar səbəbindən donub.

Bu barədə CNN telekanalı məlumat yayıb.

"Elə soyuqdur ki, Niaqara şəlaləsinin adətən su püskürən hissələri donub. Turistlər gözəl görüntülərə heyrətləniblər", - deyə telekanal qeyd edib.

Sinoptiklərin proqnozlarına görə, gələn həftə ABŞ-da və Kanadada daha güclü soyuqlar olacaq.

Qeyd edək ki, Niaqara şəlaləsi bir müddət əvvəl də qismən donmuşdu. Kanadada və ABŞ-ın şimal hissəsində qeydıə alınan güclü şaxtalar şəlalənin qismən donmasına səbəb olmuşdu. ( report)