Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq

Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq

18 Yanvar 2019 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur.

Bu barədə Mediainfo.az-a Təhsil nazirliyindən verilən məlumatda deyilir. Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə" əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb.

Məktəblilərin qış tətili isə 27-31 yanvar tarixlərini əhatə edir.