
VİDEO-Dünyanın ən çox ağladan mahnısı müəyyən edildi
Газета.ru-nun The Telegraph-a istinadən
yaydığı xəbərə görə, aparılmış sorğu nəticəsində bütün dövrlərin ən minor, yəni
kədərli mahnısı müəyyən edilib. Bu, Amerikanın R.E.M. rok qrupunun ifa etdiyi "Everybody
Hurts" mahnısıdır. Britaniyanın dünyada sorğu aparan təşkilatının nəticəsinə
görə, bu parçaya qulaq asan 10 kişidən 7-si göz yaşını saxlaya bilmir.
Ən depressiv mahnılar siyahısında 2-ci yeri Elton Conun şahzadə Diananın şərəfinə bəstələdiyi "Candle in the Wind" parçası tutur. Üçüncü yerdə isə "The Living Years" mahnısı ilə "Mike and the Mechanics" qrupu qərarlaşıb. Sorğuda o da bəlli olub ki, 18-24 yaşlı respondentlərin 84%-i kədərli musiqiləri dinləyərkən ağlayır. 55 yaşdan yuxarı insanların isə 74%-i qəmgin musiqilərə hissiyyatla yanaşır.
Ağlamayacağınıza inanaraq sizə R.E.M. rok qrupunun ifa etdiyi "Everybody Hurts" mahnısını təqdim edirik...
Murad Şahməmmədov
O.M.