Britni Spirs atasına görə konsertlərini ləğv etdi

Britni Spirs atasına görə konsertlərini ləğv etdi

5 Yanvar 2019 07:09
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikalı müğənni Britni Spirsin atası xəstəxanaya yerləşdirilib.

37 yaşlı ifaçı atasının vəziyyətini ağır və hətta ölüm ayağında olduğunu bildirib.

O, belə bir vəziyyətdə atasının yanında olmağının vacibliyini bildirib və buna görə də bir neçə konsertini ləğv edib:

"Ailənizi hər zaman ilk sıraya qoymağınız vacibdir. Mənim də verdiyim qərar budur".

Spirs ləğv etdiyi konsertlərə bilet alanların pullarının geri qaytarılacağını da deyib.(qafqazinfo)