Bakı Mühəndislik Universitetində IV Qış Elm Festivalı keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə IV Qış Elm Festivalı keçirilib. Festivalın məqsədi gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır.
Universitetin foyesində təşkil edilən festivalda 20-dən çox ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri tərəfindən "Palimpsest kollaj", "Ətraf mühitə zərərsiz bioplastika", "Torpaq sürüşməsinin qarşısının alınması", "Rəqəmsal hökumət" və s. kimi bir-birindən maraqlı layihələr nümayiş etdirilib.
Universitetin rektoru, professor Havar Məmmədov festivalın elmimiz və təhsilimiz üçün mühüm əhəmiyyətindən danışıb. TEC tərəfindən müntəzəm təşkil olunan festivalda iştirakçıların və təqdim olunan layihələrin sayının ilbəil artdığını vurğulayıb. Rektor sözügedən festivalın Azərbaycan elminin inkişafına və əldə olunan nailiyyətlərin təbliğinə də böyük töhfə verdiyini qeyd edib.
Bakı Mühəndislik Universitetinin hər zaman tələbələrin elmi yeniliklərini dəstəklədiyini deyən H.Məmmədov ali məktəbin texnoparkında startapların həyata keçirilməsi üçün şərait yaradıldığını diqqətə çatdırıb.
Festivala ölkəmizin ali və orta ümumtəhsil məktəblərindən 54 komanda qatılıb ki, bunlardan 18-i Bakı Mühəndislik Universitetini təmsil edib. Yarışmaya 100-dən çox layihə təqdim olunub.
Sonda qaliblər mükafatlandırılıb.
Layihədə iştirak edən bütün komanda üzvlərinə, eləcə də kateqoriyalar üzrə aparılmış qiymətləndirmə nəticəsində ilk üç yerə layiq görülən komandalara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr təqdim olunub. (azərtac)























































.jpg)
.jpg)






.jpg)






















.jpg)








