Hava şəraiti dəyişəcək, yağış və qar yağacaq

Hava şəraiti dəyişəcək, yağış və qar yağacaq

26 Dekabr 2018 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 27-28-də respublikamızın ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında dekabrın 27-28-də şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.