“Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin təqdimatı olub
Ötən gün "Qarabağ: Əcdadlarımızın mirası" sənədli filminin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış 3D formatında "Cəbrayıl – virtual səyahət" qrafik filminin təqdimatı keçirilib.t
Mediainfo.az-a Tarix institutundan verilən xəbərə görə, Tədbirdə "Virtual Qarabağ" İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 3 dildə - Azərbaycan, ingilis, rus dillərində istehsal edilən "Qarabağ: Əcdadlarımızın mirası" sənədli filminin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, əzəli torpaqlarımız olan Qarabağa Ermənistanın ərazi iddiaları haqqında olduğunu bildirib. Qeyd edib ki, bu məlumatların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir.
Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər, həmçinin orta əsrlərdə, xanlıq dövründə, XIX əsrdə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti haqqında, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan ərazilərdə quruculuq işləri barədə fakta söykənən görüntülü məlumatlar verilir. "Nə üçün Qarabağ bizə bu qədər doğmadır?" sualına filmin sonunda "çünki Qarabağ sonuncu qaladır, çünki Qarabağ əcdadlarımızın mirasıdır", – deyə cavab verilir.
Sənədli film Azərbaycanda Qarabağın bütün tarixi dövrlərini və müasir işğal dövrünü orijinal çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmdir.
Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi Ramin Əlizadə, quruluşçu rejissoru Teymur Nəcəfzadə, ingilis versiyasının redaktoru Birləşmiş Krallıqdan jurnalist İan Peartdir.
Filmi ingilis dilində ABŞ–dan Jill Goldman, Azərbaycan dilində Vüsal Xaliqoğlu, rus dilində Konstantin Qayçuk səsləndirib.

























































.jpg)
.jpg)






.jpg)






























