Sabahdan yağışların  kəsiləcəyi gözlənilir

Sabahdan yağışların kəsiləcəyi gözlənilir

20 Dekabr 2018 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah günün ikinci yarısından etibarən respublikamızın ərazisində yağışların kəsiləcəyi gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 21-də arabir yağış yağacağı gözlənilir, gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında

Dekabrın 21-də arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.