Bakıda  hündür ağac restoranın üstünə aşdı

Bakıda hündür ağac restoranın üstünə aşdı

29 Noyabr 2018 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib. İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb.

Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.