44 yaşlı kişi müxtəlif bölgələrdə doğulmuş 70 UŞAĞINI AXTARIR...

44 yaşlı kişi müxtəlif bölgələrdə doğulmuş 70 UŞAĞINI AXTARIR...

28 Noyabr 2018 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Tatarıstanın 44 yaşlı sakini televiziya vasitəsilə 70 övladını axtardığını bəyan edib.

Oleq Lixaçov ad-soyadlı kişi bioloji uşaqlarını axtarması haqda Rusiyanın "NTV" telekanalındakı "DNT" proqramında danışıb.

Kişi şəhərdə tamada kimi çalışdığını və donorluq məqsədiylə kişi toxumlarının- spermalarının təhvil verilməsi laboratoriyasına düz 140 dəfə getdiyini ortaya çıxarıb. O.Lixaçov sənədlərdə 32 nömrə ilə qeyd edildiyini də xatırladıb. Onun sözlərinə görə, müxtəlif bölgələrdə doğulmuş bioloji uşaqlarının sayı 70-dən artıq olmalıdır. Xəbərdə deyilir ki, bu bəyanatdan sonra, O.Lixaçovun həyat yoldaşı boşanma üçün müraciət edib.

P.S. İslam fiqhinin(qanunvericiliyi) bütün məktəbləri özgəsinin sperması ilə donorluq tətbiqini qəti rədd edir və ananın yalnız ərin sperması vasitəsilə süni mayalanmasına icazə verir. Bu prinsipdən çıxmaq - xalqlarda, millətlərdə və ümumiyyətlə, bəşəriyyətdə nəsil-kök davamının, anlayışının pozulmasına, itməsinə və ata-anası bəlli olmayan adamların, yəni vələdüz-zinaların çoxalmasıyla hərc-mərcliyə, hər cür çirkin sifətlərlə dolu anormal bir cəmiyyət formalaşmasına səbəb olacaq... (moderator.az)