ETSN xəbərdarlıq edir: Anomal hava şəraiti davam edəcək

ETSN xəbərdarlıq edir: Anomal hava şəraiti davam edəcək

22 Noyabr 2018 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

ETSN ölkə ərazisində anomal hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq edib.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Noyabrın 22-23-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin arabir güclü olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.