Rusiya XIN rəhbəri Sergey Lavrovun sirli həyat yoldaşı

Rusiya XIN rəhbəri Sergey Lavrovun sirli həyat yoldaşı

22 Noyabr 2018 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Xarici işlər naziri, erməni əsilli Sergey Lavrov (Kələntəryan) öz fəaliyyəti ilə tez-tez beynəlxalq səviyyədə diqqət mərkəzində olsa da, onu digər həmkarlarından fərqləndirən önəmli bir fakt var. Bu da Lavrovun digər həmkarlarından fərqli olaraq öz ailə həyatını heç vaxt gündəmə gətirməməsi ilə bağlıdır. Faktiki olaraq bu günə kimi Sergey Lavrovun ailə həyatı haqqında geniş ictimaiyyətə çox az şey məlumdur. Bununla bağlı Mediainfo.az-saytının əməkdaşı Rusiyanın onlarla tanınmış saytını və KİV-lərini araşdıraraq çətinliklə də olsa Sergey Lavrovun müəmmalı ailə həyatı ilə bağlı cüzi də olsa məlumatlar əldə edə bilib. Məlum olub ki, Sergey Lavrov gələcək həyat yoldaşı, ixtisasca rus dili müəlliməsi olan Mariya ilə hələ tələbə olarkən tanış olub. Sergey Lavrov III kursda oxuyarkən Mariya ilə rəsmi şəkildə ailə həyatı qurub. Bu evlilikdən onların qızı Yekaterina dünyaya gəlib. Hazırda Yekaterina ərdədir və onun bir oğlu dünyaya gəlib. Bir müddət xaricdə işləyən Yekaterina Rusiyaya qayıdıb və art-bizneslə məşğul olur. Mətbuatdan uzaq qaçaraq onlarla görüşməkdən imtina edən Mariya Lavrova isə BMT-də Rusiya daimi nümayəndəliyinin kitabxanasının müdiri işləyib. Həmin vaxt Mariya Lavrova kitabxana nəzdində qadın klubu yaradaraq diplomatların həyat yoldaşları ilə müxtəlif tədbirlər keçirib. Hazırda Moskvada yaşayan Mariya Lavrova demək olar ictimaiyyət arasına çıxmır, onu rəhbər işçilərin həyat yoldaşları ilə birlikdə iştirak etdikləri təbirlərdə də təsadüfi hallarda görmək olar. Necə deyərlər, Lavrovun həyat yoldaşı mətbuatdan uzaq qaçaraq ailəsi haqqında hansısa dedi-qoduların yayılmasına imkan vermir.

Əziz Mustafa

Mediainfo.az