Azərbaycanda yağışlı hava davam edəcək

Azərbaycanda yağışlı hava davam edəcək

26 Oktyabr 2018 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda yağışlı hava bu gün axşam saatalarında da davam edəcək.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 26-sı axşam saatlarında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 26-sı axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 18-23, dağlarda 6-9 dərəcə isti təşkil edəcək.