İş adamı oğluna Antalyada 1.5 milyon dollarlıq toy etdi
Hindistanın mədən sektorunda çalışan Arora ailəsinin oğlu Arjun Arora ailə həyatı qurub.
Hind adət ənənələrini Antalyaya daşıyan gənc cütlük etdikləri toy ilə dünyanın gündəmini zəbt edib.
4 gün 4 gecə baş tutan toya dünyanın fərqli ölkələrindən 600 nəfər qonaq dəvət olunub.
Toy üçün Hindistandan 80 nəfərlik işçi qrupu və Hind mətbəxinə aid yeməklər üçün lazım olan ərzaqlar uzun yük avtomobilləri ilə Antalyaya daşınıb. Ziyafət üçün hazırlanan yeməklərə Türkiyənin peşəkar aşpazları da kömək edib. Hazırlanan ziyafətdə xüsusi musiqiçi qrupları, şou-proqramlar da yer alıb. Gəlinin bəzədilməsi, ziyafətin baş tutacağı yerin dekorasiyasının hazırlanması, xüsusi çəkilişlər üçün fotoqraflar Hindistandan gətirilib.
4 günlük ziyafətin ilk günü əyləncə xarekterli, gənclərin rəqsləri ilə başlayıb. İkinci gün gəlin və bəyin ailələrinin iştirakı ilə şənlik davam edib. Üçüncü gün gəlinin rəfiqələrinin iştirakı ilə xına gecəsi təşkil edilib. Dördüncü gün isə cütlüyün evliliyi rəsmiləşdirilib. Toy Hindistanın adət-ənənəsinə uyğun keçirilib.
Antalyanın Belek bölgəsində 5 ulduzlu otelində baş tutan ziyafətin təxminən 1.5 milyon dollara başa gəldiyi bildirilir.
Hind toylarının ölkə xaricində təşkilatçılığı ilə məşğul olan Bünyat Özpark ziyafət haqqında öz fikirlərini bölüşüb: "Hindistanda il ərzində təxminən 1 milyon evlilik baş tutur. Bunun da təxminən 10 mini ölkə xaricində keçirirlir. Hindistan il ərzində ölkə xaricindəki toylara toplam olaraq təxminən 4-4,5 milyard dollar xərcləyir. Bu da ayrıca bir iş sektorunun yaranmasına gətirib çıxarır. Antalyada bu il 12 hind toyunun təşkiatçılığını etmişik. İlin sonuna qədər də 3 böyük toy ziyafətinin təşkilatçılığı bizə həvalə edilib".
Musavat.com


































.jpg)
















































.jpg)
.jpg)










