Bakıda güclü külək və leysan yağacağı gözlənilir

Bakıda güclü külək və leysan yağacağı gözlənilir

25 Oktyabr 2018 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Sabahdan etibarən Azərbaycan ərazisində hava kəskin şəkildə dəyişəcək.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 26-dan 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Oktyabrın 27-də səhər saatlarında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.