Gələn ay 3 gün iş olmayacaq

Gələn ay 3 gün iş olmayacaq

22 Oktyabr 2018 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

Həmin gün həftənin cümə gününə təsadüf edir.

Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.