Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

27 Sentyabr 2018 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah respublikamızın ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında

Sentyabrın 28-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.