Nazirlikdən məktəbdə direktorun davasına – Reaksiya

Nazirlikdən məktəbdə direktorun davasına – Reaksiya

18 Sentyabr 2018 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkələrdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı məktəbdə dava baş verməsi ilə bağlı görüntülər yayılıb.

Sosial şəbəkə istifadəçiləri məktəbin direktoru ilə müəllimlər arasında ciddi problemlər olduğunu iddia edirlər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Axar.az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu dedi:

"Həmin videonu görməmişəm. Yalnız görüntülərə baxandan sonra məsələ müzakirə oluna və araşdırma aparıla bilər".

Ceyranbatan qəsəbəsində yerləşən 2 saylı məktəbdən isə olayla bağlı danışmaq istəmədilər