Sabah hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq

Sabah hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq

7 Sentyabr 2018 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah respublikamızın ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 27-32, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Sentyabrın 08-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Sentyabrın 08-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 08-09-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.