Atmosfer havasında müşahidə olunan tozun miqdarında azalma qeydə alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunub.
Mediainfo.az-a nazirlikdən verilən məlumata görə, bununla belə havada olan tozun miqdarı yenə də sanitar normadan 2 dəfə yuxarıdır.
Qeyd edək ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.
Digər xəbərlər











































.jpg)



















































