Bu gün sərin hava şəraiti gözlənilir, yağış yağacaq

Bu gün sərin hava şəraiti gözlənilir, yağış yağacaq

27 Avqust 2018 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün respublikamızın ərazisində sərin hava şəraiti gözlənilir, bəzi yerlərdə yağış yağacaq.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Avqustun 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Avqustun 27-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında

Avqustun 27-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər Böyük Qafqazın bəzi dağlıq ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti təşkil edəcək.