"Eurovision-2012"-nin loqo və şüarında alov elementlərinin üstünlük təşkil edəcəyi gözlənilir

"Eurovision-2012"-nin loqo və şüarında alov elementlərinin üstünlük təşkil edəcəyi gözlənilir

29 Dekabr 2011 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Eurovision-2012"-nin təşkilat komitəsindən məlumat verilir ki, "Eurovision Mahnı Müsabiqəsi"nin konsepsiyası hər il ev sahibi ölkə tərəfindən yenilənərək buna uyğun şüar və simvol hazırlanır. Ənənəvi olaraq şounun konsepsiyasını özündə əks etdirən şüar və simvol "Eurovision Mahnı Müsabiqəsi"nin əsas loqosuna əlavə edilir. Hər iki element müsabiqənin keçirildiyi ölkəyə aid olmaqla yanaşı, həm də "Eurovision" layihəsinin mahiyyətinə uyğun seçilməlidir. Şüarın və vizual elementin iştirakçılarda və televiziya tamaşaçılarında müsbət emosiya yaratması da vacibdir. Bütün bu prinsiplərin əsasında hazırlanan "Eurovision-2012" Mahnı Müsabiqəsinin şüar və simvolu Azərbaycana məxsus dəyərləri özündə əks etdirir. Hazırda şüar və simvol üzərində son dizayn işləri aparılır və yaxın zamanlarda geniş ictimaiyyətə təqdim olunacaq. Odlar diyarını təmsil edəcək loqo və şüarda alov elementlərinin üstünlük təşkil edəcəyi gözlənilir.

O.M.