Bakıda qolu sarğılı qadın küçə süpürür

Bakıda qolu sarğılı qadın küçə süpürür

17 İyul 2018 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının mərkəzində qolu sarıqlı küçə süpürən qadının evi yoxdur.

Sosial şəbəkədə görüntüsü yayılan qadının əli əzildiyi üçün sarğı ilə bağlayıb.

Hazırda o inventarların yığıldığı otaqda yaşayır.

Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən dəfələrlə bu vəziyyətdə işləməyi mümkün olmadığı bildirilsə də, qadın özü işləmək istədiyini deyir.

***

Bakının mərkəzində qolu sarıqlı qadın küçə süpürür.

"Facebook" sosial şəbəkəsində Pərviz Bağırov adlı şəxs əli sarğılı qadının küçə süpürməsini əks etdirən fotonu paylaşıb.

O qeyd edib ki, foto Nizami küçəsində çəkilib. Foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Səbail rayon İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır.