Argentinada ilk nəhəng dinozavrın qalıqları tapıldı

Argentinada ilk nəhəng dinozavrın qalıqları tapıldı

12 İyul 2018 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Argentinada paleontoloqlar nəhəng dinozavr qalıqları aşkar ediblər.

Tapıntı Zauropodlar sinfinə, yəni, dördayaqlı, iri otyeyən kələzlər sinfinə məxsusdur. Bu barədə elmi məqalə "Nature Ecology & Evolution" jurnalında dərc edilib.

Argentinanın San-Xuan universitetinin alimi Sesiliya Apaldetti deyib:

"Biz bu dinozavrın ilk qalıqlarını tapanda başa düşdük ki, unikal kəşfdir. Bu, dinozavrlar arasında ilk nəhəng olanıdır. Bu məxluq "İngentia prima" adlanır və məlum olur ki, nəhəng dinozavrlar düşündüyümüzdən də əvvəl yaranıb".

Bu kələzlərin uzunluğu 35 metr, çəkiləri isə 90 ton olub.(olke.az)