Çində güclü  qasırğa ilə bağlı xəbərdarlıq edilib

Çində güclü qasırğa ilə bağlı xəbərdarlıq edilib

10 İyul 2018 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Futszyan əyalətində "Mariya" qasırğasının yaxınlaşması ilə əlaqədar xəbərdarlığın ən yüksək "qırmızı səviyyəsi" elan edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Meteorologiya İdarəsi yayıb.

Qasırğanın episentrində küləyin maksimal gücü 16 bala (saniyədə 52 metr) çatır.

"Mariya"nın iyulun 11-də səhərə yaxın Tayvandan şimala doğru keçəcəyi və səhər saatlarında Futszyan əyalətinə çatacağı gözlənilir.