Türk gözəlin tacı əlindən alındı

Türk gözəlin tacı əlindən alındı

9 İyul 2018 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada keçirilən "Miss Turkuaz Top Model 2017"də iştirak edən və "Top model" olan Dilan Oktaşın tacı əlindən alınıb.

Dilan müsabiqənin şərtnaməsinə əməl etmədiyi üçün barəsində belə bir qərar qəbul edilib.

"Miss Turkuaz" təşkilat komitəsinin sədri Yıldıray Cengiz mətbuata məsələ ilə bağlı yazılı açıqlama göndərib: "Müsabiqədə iştirak edən və dərəcə alan Dilan Oktaş "Miss Turkuaz Top Model" şərtnaməsinə əməl etmədiyi üçün "Miss Turkuaz Top Model 2017" ünvanı və tacı geri alınıb".

Açıqlamada həm də qeyd edilir ki, Dilan Oktaş imzaladığı müqaviləyə əməl etməyib. Təşkilat tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, Oktaş yenə öz bildiyini edib. Məsələn, iştirak etdiyi iki tədbir barədə qurumu məlumatlandırmayıb. (olke.az)