Sabah temperatur 3-5 dərəcə enəcək

Sabah temperatur 3-5 dərəcə enəcək

6 İyul 2018 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah respublikamızın ərazisində temperatur 3-5 dərəcə enəcək.

Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

İyulun 07-də hava şəraiti yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 759 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

İyulun 07-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx)27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar çimərliklərə üz tutmağınızı məsləhət görmürük.

Azərbaycanın rayonlarında

İyulun 07-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyulun 07-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi ilə əlaqədar temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.