Braziliyalı aktrisa Rizəyə gəlin köçdü

Braziliyalı aktrisa Rizəyə gəlin köçdü

2 İyul 2018 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin yerli kanalında yayımlanan "Yeni gəlin" serialının braziliyalı ulduzu Cessika Mey rizəli fotoqraf sevgilisi Kara ilə evlənib.

"Ölkə.Az" xəbər verir ki, cütlüyün toyu Braziliyanın Parana bölgəsindəki "Amazon Eventos"da baş tutub.

Rizəli nişanlısının təbiətə olan sevgisindən təsirlənən Cessika toydan əvvəl "həm xatirəmiz olsun, həm də təbiətə hədiyyəmiz olsun" deyərək xatirə meşəsi fikrindən bəhs edib. Karanın da fikrə müsbət reaksiyasından sonra cütlük uyğun məkan axtarmağa başlayıb. Cütlük Denizli-Sundurluya əkmək üçün 2 min ağac tingi bağışlayıb.