Bakı səmasında  “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək

Bakı səmasında “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək

24 İyun 2018 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində "Solo Türk" və "Türk ulduzları" qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.

"Report" xəbər verir ki, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.