M.F.Axundova aid bədii filmin çəkilişlərinə qaldığı yerdən davam etdiriləcək

M.F.Axundova aid bədii filmin çəkilişlərinə qaldığı yerdən davam etdiriləcək

20 Dekabr 2011 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl səhhətində problemlər yaşayan rejissor Ramiz Həsənoğlu müalicəsinin başa çatdığını, özünü yaxşı hiss etdiyini bildirib. O, çəkilişlərə qaldığı yerdən davam etdirəcəklərini bildirib: "Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun həyatından bəhs edən "Sübhün səfiri" filminin çəkilişlərinə yaxın vaxtlarda start veriləcək. Hazırda növbəti səhnələrin çəkilişləri üçün yeni dekorasiyalar qurulur. Bu iş başa çatandan sonra filmin yarımçıq qalan çəkilişləri başlayacaq. Bilirsiniz ki, filmdə tarixi proseslər çəkilir, 80 personaj var, hamısı da tarixi şəxsiyyətlərdir. Onların hər biri üzərində iş rejissorun çiyinlərindədir. Amma film barədə indidən bir söz demək olmaz. Yekun fikir üçün nəticə olmalıdır, nəticəyə də hələ vaxt var. Yəqin ki, yeni il üçün o film üzərində yekun işlər aparılacaq".

O.M.