"Azərbaycanfilm"in direktoru öz ərizəsi ilə işdən azad oldu
Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən verilən məlumata görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasına yeni direktor təyin olunub. Kinostudiyanın direktoru, xalq artisti Xamis Muradov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Bu vəzifəyə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov təyin edilib. Nazirlikdən bildirilib ki, kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov bu gün Müşfiq Hətəmovu kollektivə təqdim edib. Hazırda kinostudiyada təhvil-təslim gedir.
O.M.
Digər xəbərlər


.jpg)
































































.jpg)
.jpg)
.jpg)























