Rusiya da Azərbaycandan nümunə götürdü: Pensiya yaşı artırıldı

Rusiya da Azərbaycandan nümunə götürdü: Pensiya yaşı artırıldı

14 İyun 2018 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın baş naziri Dmitri Medvedev 2019-cu ildən ölkədə pensiya yaşının artırılmasını elan edib.

Yeni qərara əsasən, kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün 63 yaşadək yüksəlir.

Baş nazir bildirib ki, bu pensiya müddətinə keçid dövrü kişilər üçün 2028-ci ilə, qadınlar üçün 2034-cü ilədək davam edəcək.

Qeyd edək ki, Rusiyada hazırda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55-dir.