Xalq artistini maşın vurub - VİDEO

Xalq artistini maşın vurub - VİDEO

13 İyun 2018 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova bu yaxınlarda ağır avtomobil qəzası keçirib.

Aktrisa bu barədə ARB-nin "Səhər-səhər" verilişində danışıb:

"Bu yaxınlarda çox ağır qəzada ölümdən döndüm. Şükr edirəm ki, bu gün sağ-salamatam. Allah mənə kömək oldu".

Verilişin aparıcısı Elgiz Əkbər qəzadan sonra aktrisa ilə dəvət aldıqları məclisdə rastlaşdığını deyib:

"10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, gördüm dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə olsa da, məclisə gəldi".

Aktrisa təfərrüatı açıqlamaq istəməsə də, aparıcı Fatma xanımı maşın vurduğunu dilə gətirib.