Azərbaycanlı ilə erməni “Sarı gəlin”i ifa etdi - Video

Azərbaycanlı ilə erməni “Sarı gəlin”i ifa etdi - Video

12 İyun 2018 08:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı, gürcü və erməni ifaçılar "Sarı gəlin" xalq mahnımızı ifa ediblər.

Mediainfo.az kult.az-a istinadən xəbər verir ki, "Sarı gəlin" üç xalqın nümayəndələri tərəfindən Tiflisdə keçirilən "Kavkaz Cazz Fest" festivalında ifa olunub. İfanı aşıq Nargilə Mehdiyeva, müğənni Anna Bədəlyan və İriao etno-caz qrupu səsləndirib. Onları balabanda əslən erməni olan İvane Mkrtıçyan müşayiət edib.

Qeyd edək ki, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır. Bu mahnı Ermənistan və Türkiyədə də çox populyardır.