“Avropada din və vicdan azadlığı öldürülüb”

“Avropada din və vicdan azadlığı öldürülüb”

8 İyun 2018 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ Avstriya hökumətinin ölkə ərazisində 7 məscidi bağlamaq qərarına münasibət bildirib.

Azadinform xəbər verir ki, B. Bozdağ bunun Avstriyanın Avropanın dəyərlərini rədd etməsinin konkret göstəricisi olduğunu bildirib: "Bunu qəbul etməyimiz mümkün deyil. Bu, Avropada din və vicdan azadlığının öldürüldüyü mənasını verir.
Qeyd edək ki, Avstriya hökuməti ölkə ərazisində 7 məscidi bağlayır və 40 imamı deportasiya edir. Bağlanan məscidlərdən biri türk "Boz qurd" məscidi, qalanları isə ərəb icmalarının məscididir.