
Polşa "Eurovision-2012" mahnı müsabiqəsində iştirak etməyəcək
Polşa təmsilçisi Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirak etməyəcək. Bu barədə Polşa İctimai Televiziyası (kanal TVP1) məlumat yayıb. Mahnı müsabiqəsində iştirakdan imtinanın səbəbi kimi telekanalın efir vaxtının sıxlığı göstərilir. TVP1 gələn ilin iyununda Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının yayımı ilə məşğul olacaq.
O.M.
Digər xəbərlər