Zəlzələnin harada olacağını müəyyən etmək mümkün deyil

Zəlzələnin harada olacağını müəyyən etmək mümkün deyil

6 İyun 2018 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi Zaqatalada 6 bala yaxın zəlzələ olub. Bu zəlzələ bir çoxlarını təşvişə salıb. Hər kəsi Bakıda da zəlzələ olub-olamayacağı maraqlandırır.

"Deyə bilmərik zəlzələ Bakıda olacaq, yoxsa Şəkidə" - RƏSMİ AÇIQLAMA

Bununla bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələnin proqnozu olmur: "Heç kim deyə bilməz ki, növbəti zəlzələ Bakıda olacaq yoxsa Şəkidə. Bu haqqda əvvəlcə məlumat verilə bilməsi ilə bağlı fikirlər düzgün yanaşma deyil".

Vüsalə Rafiqqızı vurğulayıb ki, biz hal-hazırda Zaqatala şəhərindəki zəlzələ ilə bağlı araşdırmalar aparırıq. Mütəmadı məlumatları saytımızda yerləşdiririk. Amma növbəti zəlzələ harda olacaq bunu əvvəlcədən demək mümkün deyil".