Sabah Bakı bulvarında uşaqlar üçün aksiya keçiriləcək

Sabah Bakı bulvarında uşaqlar üçün aksiya keçiriləcək

31 May 2018 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iləHeydər Əliyev Mərkəzinin təşkil etdiyi "Uşaq festivalı" çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Mediainfo.az-ın verdiyi xəbərə görtə, bu barədə "Report"a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, "Qorxulu Ev", "Pirat", "Möcüzələr dünyası", "Qüllə" attraksionları, "Mirvari" gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.