ETSN daha bir nəfəri ağac kəsiminə görə cəzalandırdı

ETSN daha bir nəfəri ağac kəsiminə görə cəzalandırdı

25 May 2018 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olub

Mediainfo.az saytının nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı Gədəbəy rayonun Arıqıran bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş 2 ədəd gavalı ağacının kənd sakini Sahib Məmmədov tərəfindən kəsildiyi aşkar edilib və təbiətə 220 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilib.