
Afaq Bəşirqızı İncəsənət Universitetini niyə tərk edib?
Bu günlərdə ABŞ-dan qastrol səfərindən qayıdan Afaq Bəşirqızının dərs dediyi İncəsənət Universitetini tərk etdiyini öyrəndik. Deyilənə görə, Afaq xanım son zamanlar rəhbərliklə arasında yaranmış problemlərdən təngə gəldiyi üçün universitetdən uzaqlaşıb. Lakin aktrisanın bildirdiyinə görə, sənət aləmindəki işlərinin çoxluğu ucbatından tələbələri ilə sıx təmasda ola bilməyib. Dərslərdə axsaqlıq yarandığını görən xalq artisti məcburiyyət qarşısında qalaraq, işdən çıxması haqda könüllü surətdə ərizə yazıb və rektorluğa təqdim edib.
Onu da əlavə edək ki, A.Bəşirqızı yeni
layihələri ilə tamaşaçılarının görüşünə gələcək. Belə ki, mart ayından etibarən
İran İslam Respublikasının tanınmış rejissoru tərəfindən Ü.Hacıbəyova məxsus "O
olmasın, bu olsun" filmi çəkiləcək. "Rüstəm" obrazının Rasim Balayevin, "Sənəm"
obrazının isə Afaq Bəşırqızının səhnələşdirilməsi artıq təsdiqlənib. Digər
obrazlar isə İran vətəndaşlarına həvalə edilib. Deyilənə görə, iranlı rejissor
əsərdə bəzi dəyişikliklər etmək fikrindədir. Çəkilişlər Şəkidə, Şirvanda,
"İçəri şəhərdə", ardınca isə Tehranda, Ərdəbildə baş tutacaq. Bizim
aktyorlar öz obrazlarını elə Azərbaycan dilində səsləndirəcəklər.
Nə fərqi var, o olmasın, bu olsun...
Könül Aypara
O.M.