Bu liseydən 4 abituriyent 700 bal toplayacaqdı,
Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.
Keçirilən imtahanlarda 7 abituriyent 700 bal toplayıb. Onlardan biri də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Xəyyam Sultanlıdır.
Təhsil müəssisəsinin rəhbəri Qədir Bektaşoğlu baku.ws-ə açıqlamasında bildirdi ki, yüksək nəticə göstərən abituriyentin uğuru gözlənilən idi.
"Əslində bizim liseyin abituriyentlərinin uğurları gözlənilən idi. Biz 4 abituriyentin yüksək nəticə qazanacağını gözləyirdik. Lakin kiçik texniki səhv nəticəsində həmin abituriyentlərdən üçü 696 bal topladı", - deyə Qədir Bektaşoğlu bildirib.
Direktorun sözlərinə görə, Xəyyam Sultanlı dərslərə məsuliyyətli biri olub.
Qeyd edək ki, Xəyyam Sultanlı liseyin 700 bal toplayan 18-ci abituriyentidir. Onunla birgə təhsil alan Ənvər Yaqublu, Maya Əhmədzadə və Kənan Qayıbov isə 696 bal toplayıb.



































































.jpg)


























