Türkiyəli məşhurlar Bakıya gələcək

Türkiyəli məşhurlar Bakıya gələcək

15 May 2018 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin iki məşhur müğənnisi Koray Avcı və Edis Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, sənətçilər paytaxtımızda konsert proqramı ilə çıxış edəcəklər. Gecənin təşkilatçısı Nahid Emiloğludur.

O bildirib ki, konsert Ramazan bayramı ərəfəsində keçiriləcək. Koray və Edis şəhərdəki əyləncə mərkəzlərindən birində çıxış edəcəklər.

N.Emiloğlu onların səhnəni yerli müğənnilərlə bölüşəcəyini deyib.